DÜNYA


Kanada, ABŞ və Meksika tərəfdaşlığı gücləndirir

Amerika Birləşmiş Ştatlarının, Meksikanın dövlət başçılarının və Kanadanın Baş nazirinin iştirakı ilə Mexiko şəhərində sammit keçirilib. ABŞ prezidenti Co Bayden, Kanadanın Baş naziri Castin Trudeau və Meksika prezidenti Andres Manuel Lopes Obrador regional tərəfdaşlığı gücləndirəcəklərini bildiriblər. Sammitdə iqtisadi əməkdaşlıq, iqlim dəyişikliyi, insanların və narkotiklərin ABŞ-ın cənub sərhədindən keçməsini müzakirə edilib.