Zaqatalada keçmiş məhkumdan külli miqdarda narkotik götürülüb
11.01.2023 [17:48]
Xəbərin mətni
Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxsə qarşı əməliyyat tədbiri həyata keçirib.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, şöbə əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında keçirdikləri tədbir zamanı əvvəllər də narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün məhkum olunmuş Alişir Afrailov tutulub.