Azərbaycan Dövlət İnformasiya Agentliyi

Peruda etiraz aksiyalarının bir ayı ərzində 48 nəfər həlak olub

12.01.2023 [14:34]

Xəbərin mətni

Peruda vəzifədən kənarlaşdırılan və həbs edilən sabiq prezident Pedro Kastilyonun tərəfdarlarının dekabr ayının ortalarından başlayan etiraz aksiyalarının gedişində azı 48 nəfər həlak olub. AZƏRTAC Associated Press agentliyinə istinadla xəbər verir ki, yanvarın 11-də turistlərin “Maçu Pikçu” xarabalıqlarını görmək üçün getdiyi Kusko şəhərində yeni toqquşmalar baş verib. Etirazçıların hava limanını ələ keçirmək cəhdi zamanı bir nəfər ölüb, 37 mülki şəxs və altı polis əməkdaşı isə xəsarət alıb.