CƏMİYYƏT


Üç nəfəri narkokuryerliyə cəlb edən və narkotik vasitələrin təsiri altında taksi sürənlər saxlanılıblar

Nərimanov rayonunda narkotik vasitə istifadəçilərinin mütəmadi olaraq toplaşaraq bu zərərli vərdişlə məşğul olduqları məkan aşkarlanıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, rayon polis idarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyatlar zamanı Rəsul Məhərrəmli, Elçin Yusifli və Məsmə Məmmədova saxlanılıblar. Həmin şəxslərin hər birində şəxsi istifadələri üçün əldə etdikləri heroin və metamfetamin aşkar olunub.