SİYASƏT


Müdafiə Nazirliyi mühəndis hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmət keçmək istəyənlərin qəbulunu elan edir

Mühəndis hərbi hissələrində müddətdən artıq həqiqi hərbi xidmətə könüllü daxil olmaq arzusunda olan vətəndaşların qəbuluna başlanılır. Ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilmiş müddətli həqiqi hərbi xidmətini başa vurmuş, 30 yaşınadək hərbi vəzifəlilər 2023-cü il yanvarın 16-dan fevralın 4-dək Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində fəaliyyət göstərən qəbul komissiyasına müraciət edə bilərlər.