CƏMİYYƏT


Şamaxıda bəzi yaşayış məntəqələrinə gediş-gəliş kəsilib, qarın qalınlığı 50 santimetrə çatıb

Artıq dörd gündür ki, ölkə üzrə əksər bölgələrimiz ağ örpəyə bürünüb. Lakin dağlıq və dağətəyi rayonlarda qar həm daha şiddətli yağır, həm də ara vermir.AZƏRTAC xəbər verir ki, günlərdir davam edən aramsız qar Şamaxıda da səngimir. Şamaxı dəniz səviyyəsindən xeyli yüksəkdə olduğundan temperatur da kəskin aşağı düşüb. Hətta bəzi yerlərdə mənfi 5-10 dərəcəyə çatıb. Yaranan mənzərə uşaqların sevincinə səbəb olsa da, böyüklərin işini çətinləşdirib. Hava şaxtalı olduğundan yağan qar ərimir, əksinə yollarda buz təbəqəsi yaradır ki, bu da nəqliyyatın hərəkətini iflic edir.