CƏMİYYƏT


“Qarabağda Urbisid” fotosərgisi bu dəfə Bakı metropoliteninin stansiyasında

Bakı Metropoliteninin “Nəriman Nərimanov” stansiyasının keçidlərində “Qarabağda Urbisid” fotosərgisinin nümayişinə başlanıb. AZƏRTAC xəbər verir ki, “Bakı Metropoliteni” QSC ilə Qarabağ Dirçəliş Fondunun birgə təşkil etdikləri sərgidə erməni vandallarının Qarabağda dağıtdıqları şəhər və kəndlərimizin, eləcə də tarixi, mədəni, dini abidələrimizin 90-a yaxın fotosu yerləşdirilib.