Azərbaycan Dövlət İnformasiya Agentliyi

Güclü külək Xaçmazda binanın damını uçurub

13.01.2023 [14:04]

Xəbərin mətni

Xaçmaz şəhərində müşahidə olunan güclü külək bir sıra fəsadlar törədib. AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, güclü külək səbəbindən şəhərin mərkəzində yerləşən 74 nömrəli beşmərtəbəli yaşayış binasının damı uçub. Hadisə nəticəsində xəsarət alan olmayıb. Güclü külək nəticəsində rayonun bəzi yaşayış məntəqələrində elektrik enerjisinin verilməsində məhdudiyyətlər yaranıb.