Ağsuda yaşadıqları evlərdə avtomat və narkotik gizlədən şəxslər tutulub
13.01.2023 [14:06]
Xəbərin mətni
Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz odlu silah-sursat saxlayan və narkotik vasitələrin satışı ilə məşğul olan şəxslərə qarşı silsilə əməliyyatlar keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, daxil olmuş əməliyyat məlumatı əsasında keçirilən ilk tədbir zamanı əvvəllər dəfələrlə məhkum olunmuş şəhər sakini İlqar Mirzəyev saxlanılıb.