Sabunçu rayonunda məzarların ətrafındakı dəmir məhəccərləri oğurlayan şəxslər saxlanılıblar
13.01.2023 [14:22]
Sabunçu rayonunun Bakıxanov qəsəbəsi ərazisində yerləşən qəbristanlıqda məzarlardan birinin ətrafına çəkilmiş 1500 manat dəyərində dəmir barmaqlıqların oğurlanması barədə polisə məlumat daxil olub. Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Ata Məmmədli, Orxan Orucov və Ağa Əsgərov müəyyən olunaraq saxlanılıblar.