CƏMİYYƏT
Qarlı-şaxtalı hava şəraiti qərb bölgəsində müəyyən çətinliklər yaradıb
13.01.2023 [16:00]
Artıq bir neçə gündür ölkədə, o cümlədən qərb bölgəsində müşahidə olunan qarlı-şaxtalı hava şəraiti müəyyən çətinliklər yaradıb.AZƏRTAC xəbər verir ki, qərb bölgəsinin dağ rayonlarında, Şəmkir-Gədəbəy yolunun Yasamal aşırımında, Şəmkir-Yeni Göyçə, Şəmkir-Düyərli-Zəyəm-Tatarlı avtomobil yollarında nəqliyyat vasitələrinin hərəkətində çətinliklər yaşanıb. Yol təsərrüfatı işçiləri gecə saatlarından başlayaraq gücləndirilmiş rejimdə çalışırlar. Sərt dolaylarda qabaqlayıcı tədbirlər görülür, yollara qum-duz qarışığı səpilir.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
29.01.2023 [22:55]
28.01.2023 [14:51]
25.01.2023 [19:35]
19.01.2023 [11:33]
26.01.2023 [21:07]
28.01.2023 [15:11]
30.01.2023 [06:04]