Azərbaycan Dövlət İnformasiya Agentliyi

Çexiyada prezident seçkiləri keçirilir

13.01.2023 [16:04]

Xəbərin mətni

Yanvarın 13 və 14-də Çexiyada prezident seçkilərinin birinci turu keçirilir. AZƏRTAC Praqa radiosuna istinadla xəbər verir ki, Çexiyanın növbəti lideri doqquz namizəd arasından seçiləcək. Onların sırasında Çexiyanın sabiq Baş naziri Andrey Babiş, "Azadlıq və Birbaşa Demokratiya" parlament hərəkatının üzvü Yaroslav Başta, “Starosta” parlament fraksiyasının senatoru Marek Gilşer, Çexiya Ordusu Baş qərargahının sabiq rəisi Petr Pavel və başqaları var. Əsas mübarizənin Andrey Babiş və Petr Pavel arasında gedəcəyi gözlənilir.