CƏMİYYƏT


Odla su bir arada – Bərdədəki “yanar su”dan bir sıra xəstəliklərin müalicəsində istifadə olunur

Respublikamızın müxtəlif bölgələrində zəngin mineral tərkibi, müalicəvi əhəmiyyəti ilə seçilən çoxlu bulaqlar var. Onlardan biri də Bərdə rayonunun Zümürxan kəndindəki “yanar su”dur. Bulaqdan su ilə bərabər metan qazı da çıxdığından, alovu suya yaxınlaşdırdıqda qaz məşəl kimi alovlanır. Tərkibi müxtəlif elementlərlə zəngin olan bu sudan yerli sakinlər bir çox xəstəliklərin müalicəsində istifadə edirlər.