DÜNYA


İranın Qərbi Azərbaycan əyalətində partlayış baş verib

İranın Qərbi Azərbaycan əyalətində evdə partlayış baş verib. Nəticədə ev tamamilə dağılıb, yaxınlıqdakı iki yaşayış binasına isə 70 faiz zərər dəyib. Hadisə nəticəsində ikisi uşaq, ikisi də qadın olmaqla ümumilikdə altı nəfər həlak olub. Onların hamısının bir ailənin üzvü olduğu deyilir. Daha üç nəfər isə yaralanıb. Zərərçəkənlər xəstəxanaya yerləşdiriliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır