DÜNYA


Filippində daşqınlar nəticəsində azı 20 nəfər ölüb

Filippində daşqınlar nəticəsində azı 20 nəfər ölüb, bir nəfər itkin düşüb. Səkkiz vətəndaş müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Əlverişsiz hava şəraiti respublikanın 13 rayonunda 552 mindən çox insana ziyan vurub. 80 min nəfər 127 təxliyə mərkəzindədir. Ən azı 9,2 min nəfər əvvəlcədən evlərini tərk edib, ölkənin 12 rayonunda təbii fəlakətlə bağlı 905 hadisə, o cümlədən daşqınlar və sürüşmələr qeydə alınıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır