Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Türkiyədə nəhəng kitabxana-şəhərcik açıldı

14.01.2023 [17:33]

Türkiyədə nəhəng kitabxana-şəhərciyin açılışı olub. 18-ci əsrin ortalarında hərbi məqsədlər üçün tikilən bina bərpa, təmir və yenidənqurma işlərindən sonra Rami Kitabxanası kimi yenidən canlanıb. Rami Kitabxanası fərdi və qrup formasında oxu zalları, fəaliyyət sahələri, atelye yerləri, əlillər üçün hazırlanmış əlillik mərkəzi, seminarlar və sərgilər kimi müxtəlif istifadə imkanları olan böyük təhsil şəhərciyi formasında dizayn edilib.