CƏMİYYƏT
“Papanin” və “Kubinka”da polis əməliyyat keçirib
16.01.2023 [12:39]
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları rayonun “Papanin”, “Kubinka” kimi tanınan ərazilərində - Cəlil Məmmədquluzadə, Naxçıvanı, Asəf Zeynallı və Namiq Məlikov küçələrində əməliyyatlar keçiriblər.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, tədbir zamanı qeyd edilən ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsi və satışını həyata keçirən yeddi nəfər - Davud Rəhimov, Üzeyir Qurbanov, Məhəmməd Mirzəyev, Ceyhun Əliheydərov, Rafus Mustafayev, Vüqar Səfərov və Ruslan Məmmədov saxlanılıblar. Həmin şəxslərdən ümumilikdə 2 kiloqrama yaxın heroin, tiryək və psixotrop maddə olan metamfetamin aşkarlanıb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
03.02.2023 [20:30]
03.02.2023 [16:58]
03.02.2023 [14:53]
03.02.2023 [12:27]
02.02.2023 [11:40]
03.02.2023 [20:01]
03.02.2023 [18:53]
30.01.2023 [15:12]
26.01.2023 [21:07]
31.01.2023 [11:04]
30.01.2023 [15:07]
30.01.2023 [13:10]
03.02.2023 [23:17]
03.02.2023 [22:52]