SİYASƏT


Odessanın ən ağır günlərində belə diaspor fəallarımız Ukrayna xalqının yanındadır

Rusiya-Ukrayna müharibəsinin birinci ildönümünə bir aydan bir az çox qalıb. 2022-ci ilin fevralın 24-də səhər saat 05:00 radələrində əhali Ukraynanın bir sıra iri şəhərlərində, o cümlədən Odessada partlayış səslərinə oyandı. Məhz müharibənin ilk günlərində Qara dənizdə Odessa sahillərinə doğru Rusiyanın hərbi gəmiləri görünməyə başladı. Odessa şəhərini tam nəzarətə götürmək Rusiyanın strateji hədəflərinə daxil idi. Çünki Odessa Ukraynanın Qara dəniz vasitəsilə dünyaya çıxışı demək idi. Məhz müharibənin ilk günündə Rusiya silahlı qüvvələrinin Odessa vilayətinin strateji sayılan Zmeynıy adasını tutmaqla, həm Odessa şəhərini, həm də Qara dənizin bir hissəsini tam nəzarətə götürdü.