CƏMİYYƏT


Salyanlı fermerlərin yonca əkininə marağı artıb - bağlamanın qiyməti 3.50-5 manat arasında dəyişir

Salyanda texniki bitkilərlə yanaşı, yemçiliyin inkişafına da önəm verilir. Bu məqsədlə hər il rayon ərazisində yeni yonca sahələri salınır.
AZƏRTAC xəbər verir ki, Salyanda yem istehsalı ilbəil çoxalır. Biçin vaxtı yüksək məhsul toplayan fermerlərin yonca əkininə marağı daha da artıb. Hazırda əkinçilər yonca sahələrində yaz fəsli üçün ciddi hazırlıq işləri görürlər.