Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dneprdə yaşayış binasına raket hücumu nəticəsində ölənlərin sayı 40-a çatıb

16.01.2023 [18:39]

Xəbərin mətni

Yanvarın 14-də Rusiyanın Dneprdə çoxmərtəbəli binaya endirdiyi raket zərbəsi nəticəsində həlak olanların sayı 40 nəfərə çatıb. AZƏRTAC xəbər verir ki, bu barədə Dnepr şəhər meriyasının məlumatında qeyd edilir. Bildirilir ki, dağıntılar altında 30-40 nəfər ola bilər. Eyni zamanda, 75 mülki şəxs artıq xəstəxanalara müraciət edib. Xilasetmə işləri davam etdirilir.