CƏMİYYƏT
Pirallahıda narkotacirdən 8 kiloqram narkotik aşkar edilib
17.01.2023 [15:17]
Pirallahı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində əməliyyat həyata keçirilib. Tədbir nəticəsində əvvəllər də eyni qanunsuz əməllər etdiyi üçün məhkum olunmuş Salman Usmanov tutularaq istintaqa təqdim edilib. Onun əlindəki bağlamadan 5 kiloqram marixuana, 3 kiloqram heroin, həmçinin psixotrop tərkibli 160 ədəd fenozepen və 60 ədəd tramadol həbi aşkar edilib. Saxlanılan şəxs narkotik vasitələri sosial şəbəkələrdə tanımadığı xarici ölkə vətəndaşından onlayn yolla Pirallahı rayonu və paytaxtın digər ərazilərində satmaq məqsədi ilə əldə etdiyini bildirib.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
06.06.2023 [15:32]
03.06.2023 [21:02]
03.06.2023 [20:22]
08.06.2023 [19:24]
08.06.2023 [16:39]
01.06.2023 [12:24]
29.05.2023 [21:54]