DÜNYA


Fransada litium batareyaları anbarında yanğın baş verib

Fransanın Qran-Kuron şəhərində litium batareyaları olan anbarda güclü yanğın baş verib. Hadisə yerinə çoxlu sayda yanğınsöndürən cəlb edilib. Onlar alovun qarşısını almağa çalışırlar. Yanğın yaxınlıqda yerləşən, 70 minə yaxın avtomobil təkərinin saxlanıldığı anqara keçib. Qeyd edilir ki, litium yandıqda zəhərli ola bilər.