Prezident İlham Əliyevin Davosda “Kromatix SA” şirkətinin baş icraçı direktoru ilə görüşü olub
18.01.2023 [14:17]
Xəbərin mətni
Yanvarın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda “Kromatix SA” şirkətinin baş icraçı direktoru Rafik Hanbali ilə görüşü olub. AZƏRTAC xəbər verir ki, görüşdə “Kromatix SA” şirkətinin fəaliyyəti və istehsal etdiyi məhsullar, o cümlədən Azərbaycanda yeni texnologiyaların tətbiqi ilə enerjinin istehsalı məsələlərindən danışıldı.