CƏMİYYƏT


ANAMA: 218 nəfər Qarabağ müharibəsi iştirakçısı minatəmizləmə prosesində iştirak edir

İşğaldan azad edilmiş ərazilərimizin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsi istiqamətində işlər davam etdirilir. Vətən müharibəsindən sonra 62 min 908 hektar sahədə təmizləmə işləri aparılıb, 39 min 236 ədəd partlamamış hərbi sursat, 27 min 560 ədəd piyada əleyhinə, 13 min 847 ədəd tank əleyhinə mina aşkar edilib. Aparılan minatəmizləmə əməliyyatları zamanı Ermənistan silahlı bölmələri tərəfindən qoyulan tələ minalara və sursatlara da rast gəlinir.