CƏMİYYƏT
Mingəçevirdə qadının çantasında külli miqdarda heroin aşkarlanıb
19.01.2023 [10:30]
Mingəçevir Şəhər Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan qadın saxlanılıb.Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildiriblər ki, şəhər sakini Zemfira Xəlilovanın üzərində güclü təsiredici narkotik vasitə daşıması barədə şöbəyə əməliyyat məlumatı daxil olub. Keçirilmiş tədbirlərlə həmin qadın saxlanılıb və şəxsi axtarış zamanı onun əl çantasından külli miqdarda heroin aşkarlanaraq götürülüb.
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
03.06.2023 [21:02]
03.06.2023 [20:22]
01.06.2023 [12:24]
29.05.2023 [21:54]