CƏMİYYƏT


Salyanlı fermerlər pambıq əkininə üstünlük verirlər - şum işləri başa çatmaq üzrədir

Salyanda pambıq sahələrində şum işləri artıq başa çatmaq üzrədir. Fermerlər bu işdə dövlətin dəstəyindən də yararlanırlar. AZƏRTAC xəbər verir ki, ötən təsərrüfat ili Salyan rayonu üçün bir çox sahələrdə olduğu kimi, pambıqçılıqda da uğurlu keçib. Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, ötən il rayonda 9285 hektar sahədə pambıq əkilib, 29 min 394 ton məhsul əldə edilərək tədarük məntəqələrinə təhvil verilib. Bu da orta hesabla 36,1 sentner məhsul deməkdir.