SİYASƏT


Xarici İşlər Nazirliyində 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbiri keçirilib

Bu gün 20 Yanvar şəhidlərinin ailələri və həmin hadisələr zamanı əlil olmuş şəxslər Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi altında dövlət qayğısı ilə əhatə olunublar. AZƏRTAC xəbər verir ki, bu sözləri yanvarın 19-da Azərbaycan Respublikası Xarici İşlər Nazirliyində (XİN) keçirilən 20 Yanvar faciəsinin 33-cü ildönümünə həsr olunmuş anım tədbirində çıxışı zamanı xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.