Azərbaycan Dövlət İnformasiya Agentliyi

Hökməli qəsəbəsində narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən beş nəfər tutulub

19.01.2023 [14:24]

Xəbərin mətni

Abşeron Rayon Polis İdarəsinin Qobu Polis Bölməsinin əməkdaşlarının daxil olmuş əməliyyat məlumatı əsasında Hökməli qəsəbəsində həyata keçirdikləri növbəti tədbirlər nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha beş nəfər saxlanılıb.