SİYASƏT


Mübariz Nikolayev şəhərində

Bu dəfə yolumuz Ukraynanın cənub ərazisi Nikolayev şəhərinədir. Nikolayev vilayəti demək olar ki, Rusiya silahlı qüvvələrindən azad edilsə də, Kinburn yaşayış məntəqəsi və ona bitişik ərazilər hələ də Rusiyanın nəzarətindədir. Bu ərazilərdən Nikolayev vilayətinin bir sıra yaşayış məntəqələri, xüsusilə Oçakov şəhəri intensiv atəş altında saxlanılır.Nikolayev şəhərinin özündə isə müharibənin dəhşətli dağıntılarına rast gəlmək olur. Şəhərdə olarkən gün ərzində bir neçə dəfə həyacan siqnalı çalındığının şahidi oluruq.