CƏMİYYƏT


Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin ildönümü ilə bağlı hazırlıq işləri başa çatıb

Şəhidlər Xiyabanında 20 Yanvar faciəsinin otuz üçüncü ildönümü ilə bağlı hazırlıq işləri başa çatıb. Xiyabanın ərazisi daim Bakı Şəhər İcra Hakimiyyətinin nəzarətindədir. Ənənəvi olaraq faciənin ildönümü ilə bağlı burada Hüzn günü ilə bağlı hazırlıq işləri aparılır, müxtəlif rəngli güllərdən ibarət kompozisiyalar yaradılıb. Bu işlərə təcrübəli mütəxəssislər, landşaft-dizaynerləri cəlb olunublar.