CƏMİYYƏT


İyirmi Yanvar şəhidlərinin xatirəsi İğdır şəhərində də ehtiramla anılıb

Türkiyənin İğdır şəhərində 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş anma mərasimi keçirilib. AZƏRTAC xəbər verir ki, Türkiyə Azərbaycan Dostluq Dərnəkləri Federasiyası, İğdır Azərbaycan Evi Dərnəyi və İğdır Vəkillər Kollegiyası tərəfindən birgə təşkil olunan mərasim şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb.