20 Yanvar şəhidləri qəhrəmanlıqları ilə Azərbaycanın müstəqillik iradəsini dünyaya nümayiş etdirdilər
21.01.2023 [10:30]
Xəbərin mətni
Azərbaycanın Türkiyədəki səfirliyinin, Türkiyə-Azərbaycan Dostluq, Əməkdaslıq və Həmrəylik Fondunun (TADİV), Türk Dünyası Parlamentarilər Fondunun və Qazi Universitetinin nəzdindəki Türk Dünyası Araşdırma Mərkəzinin birgə təşkilatçılığı ilə Ankaradakı Azərbaycan Evinin Şuşa konfrans salonunda 20 Yanvar - Ümumxalq Hüzn Gününə həsr olunmuş anım mərasimi keçirilib.