DÜNYA


Peruda hökumət əleyhinə nümayişlər davam edir

Peruda ölkə boyu yayılan hökumət əleyhinə nümayişlərə polis müdaxilə edib, yaralananlar var. AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, polis paytaxt Limada şüşə və daş atan nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib.Ölkənin cənubundakı Puno bölgəsində isə 1500-ə yaxın etirazçı polis bölməsinə hücum edib. Bu barədə daxili işlər naziri Visente Romero mətbuata açıqlamasında bildirib. O qeyd edib ki, Zepita şəhərində polis bölməsi də yandırılıb.