DÜNYA


Slovakiyada konstitusiyaya dəyişikliklərlə bağlı referendum keçirilir

Slovakiyada yanvarın 21-də konstitusiyaya əlavələrlə bağlı ümummilli referendum keçirilir. AZƏRTAC Slovakiya mediasına istinadla xəbər verir ki, 5,5 milyonluq ölkənin 4,5 milyon seçicisi Milli Məclisin (parlament) plebisit nəticələrinə görə buraxılması imkanı barədə suala cavab verməlidir. Hazırda buna yalnız ölkə prezidentinin hüququ çatır. Yerli vaxtla saat 07:00-dan 22:00-dək davam edəcək referendumun ilkin nəticələri bazar günü elan olunacaq. Qeydə alınnan seçicilərin 50 faizinin iştirakı halında referendum baş tutmuş sayılacaq. Dəyişikliklərin qəbulu üçün isə iştirakçıların yarıdan çoxunun səsinə ehtiyac var.