Azərbaycan Dövlət İnformasiya Agentliyi

Aksiya ərazisindən keçərək Laçına gedən BQXK-yə məxsus avtomobillər geri qayıdıb

21.01.2023 [17:16]

Xəbərin mətni

Laçın-Xankəndi yolunda təşkil olunan dinc aksiyanın iştirakçıları ərazidən humanitar məqsədlər üçün istifadəyə növbəti dəfə şərait yaradıblar. AZƏRTAC-ın aksiya yerinə ezam olunmuş müxbiri xəbər verir ki, səhər saatlarında Xankəndidən Laçın istiqamətinə hərəkət edən Beynəlxalq Qırmızı Xaç Komitəsinə (BQXK) məxsus 6 minik, 1 yük avtomobili bu dəqiqələrdə əks tərəfə geri qayıdıb.

BÖLMƏNİN DİGƏR VİDEOLARI