Azərbaycan Dövlət İnformasiya Agentliyi

Ermənistanın ombudsmanı istefa verib

23.01.2023 [16:21]

Ermənistanın ombudsmanı Kristin Qriqoryan istefa verib. O, ərizəsini parlamentə təqdim edib. Bu barədə Ermənistan Ombudsman Aparatının sosial şəbəkələrdə yaydığı məlumatda deyilir. Ermənistan mətbuatının məlumatına görə K.Qriqoryan bundan sonra Ali Məhkəmə Şurasında çalışacaq. Xatırladaq ki, o, ötən il yanvarın 24-də ombudsman vəzifəsinə təyin olunmuşdu.