SİYASƏT


Səməd Seyidov: Avropa Şurası üzv dövlətlərin ərazilərinin işğalına vaxtında obyektiv reaksiya versəydi, müharibə də olmazdı

Avropa Şurasının gələcəyi haqqında düşünmək vaxtı çatıb. Zənnimcə, qarşıdan gələn Reytyavik sammitini “fövqəladə sammit” adlandırsaq daha düz olar. Çünki Avropa Şurasında, eləcə də Avropada çox dərin böhranı görürük. Bu dərin böhran necə baş verib? Gəlin səmimi olaq, məhz səmimiyyət olmadığı üçün bu böhrana düçar olmuşuq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov Avropa Şurası dövlət və hökumət başçılarının dördüncü Zirvə görüşünə dair Assambleyanın təklifləri ilə bağlı məruzənin müzakirələri zamanı çıxışında deyib.