Azərbaycan Dövlət İnformasiya Agentliyi

ABŞ-İsrail hərbi təlimlərinə 140 təyyarə və 12 gəmi cəlb olunub

25.01.2023 [11:40]

Xəbərin mətni

ABŞ və İsrail “Juniper Oak - 2023” hərbi təlimləri keçirir. Təlimə 140 təyyarə və 12 gəmi, həmçinin HIMARS MLRS artilleriya roket sistemləri də cəlb olunub. AZƏRTAC xəbər verir ki, bunu brifinqdə Pentaqon sözçüsü Patrik Rayder deyib. “Bu, bizim birlikdə iştirak etdiyimiz ən böyük və ən əhəmiyyətli təlimdir. “Juniper Oak - 2023” ABŞ-ın İsrailin təhlükəsizliyinə sadiqliyinin sarsılmaz və davamlı olduğunu nümayiş etdirmək üçün nəzərdə tutulub”, - deyə o əlavə edib.