DÜNYA


Berlin hava limanı tətil səbəbindən bütün reysləri təxirə salıb

Berlin hava limanı həmkarlar ittifaqının tətili səbəbindən yanvarın 25-nə təyin olunmuş bütün reysləri təxirə salıb. "Bloomberg" agentliyinin məlumatına görə, 300-ə yaxın reys təxirə salınıb və bu qərar 35 mindən çox sərnişini əhatə edir. Verdi həmkarlar ittifaqı müqaviləsi bir il müddətinə bağlanan əməkdaşların əməkhaqqının 500 avroya qaldırılmasını tələb edir. İşəgötürən isə hazırki əməkhaqqını saxlamaqla daha uzunmüddətli müqavilə bağlamağı təklif edir.