SİYASƏT


Azərbaycanlı deputat: Ayrı-seçkilik beynəlxalq nizama inamsızlıq yaradıb

Beynəlxalq hüququn əsas prinsipləri qorunmalı, hörmət edilməli və istənilən vəziyyətdə heç bir şərt olmadan təşviq olunmalıdır. Çünki fərqli siyasi baxışlarımız ola bilər, fərqli ideologiyalar izləyə bilərik, hətta fərqli milli maraqlarımız ola bilər. Amma sonda bütün bu fərqlərə baxmayaraq, hamımız eyni nəticəyə gəlməliyik.
AZƏRTAC xəbər verir ki, bunu AŞPA-da Azərbaycan nümayəndə heyətinin üzvü Kamal Cəfərov qurumun qış sessiyasında Avropa Şurası dövlət və hökumət başçılarının dördüncü Zirvə görüşünə dair Assambleyanın təklifləri ilə bağlı məruzənin müzakirələri zamanı çıxışında deyib.