SİYASƏT


AŞPA-da Ermənistanın Azərbaycan ərazilərində törətdiyi ekoloji cinayətdən danışılıb

Silahlı münaqişələrin ətraf mühitə təsirinə dair müzakirələr gələcəkdə də davam edəcək. Səbəb qitəmizdə və dünyada irili-xırdalı münaqişələrin davam etməsi, müharibələrin, silahlı qarşıdurmaların digər sahələrə göstərdiyi mənfi təsirlər kimi, ətraf mühitə də gecsağalan, bir sıra hallarda isə sağalmaz yaralar vurmasıdır. Otuz ilə yaxın müddətdə ərazisinin 20 faizi işğala məruz qalmış və bu müddətdə təbiəti çox ciddi ziyan görmüş bir ölkənin təmsilçisi kimi bu vəziyyət mənə yaxşı tanışdır.