Azərbaycan Dövlət İnformasiya Agentliyi

Cənubi Afrikada etirazçılar elektrik enerjisi üçün yürüş keçiriblər

26.01.2023 [11:23]

Cənubi Afrikada minlərlə insan ölkədəki elektrik böhranı ilə bağlı etiraz aksiyası keçirib. Onlar hakim Afrika Milli Konqresi (ANC) partiyasının qərargahına doğru yürüş ediblər. Etirazlara səbəb son 12 ayda işıqların gündə bir neçə dəfə, bəzən isə təxminən 12 saat elektrik enerjisinin kəsilməsidir.