İtaliyada yanacaqdoldurma məntəqələrinin işçiləri tətil ediblər
26.01.2023 [16:15]
İtaliyada yanacaqdoldurma məntəqələrinin işçiləri tətil ediblər. AZƏRTAC xəbər verir ki, yanacaqdoldurma şirkətlərinin üzv olduğu üç böyük həmkarlar ittifaqı ilin əvvəlindən yanacağın qiymətinə tətbiq olunan endirimin ləğvini və qiymət spekulyasiyasının qarşısının alınmasını tələb ediblər. Tərəflər arasında keçirilən görüşlərdə İtaliya hökumətinin yeni fərmana əməl etməyənlərin cərimələrini azaltmaq üçün həmkarlar ittifaqlarına söz verdiyi bildirilib.