Azərbaycan Dövlət İnformasiya Agentliyi

Moskva yaxınlığında bazarda yanğın baş verib

28.01.2023 [11:47]

Rusiyanın paytaxtı Moskva şəhəri yaxınlığında anbarda yanğın baş verib. Yanğın “Sindika” bazarının ərazisində 2100 kvadratmetr sahəni əhatə edib. Bu barədə Fövqəladə Hallar Xidmətlərindən məlumat verilib. Yanan anbarın içərisində tikinti materiallarının olduğu bildirilir.