DÜNYA


Oklenddə daşqın səbəbindən fövqəladə vəziyyət elan olunub

Yeni Zelandiyanın Oklend şəhərində daşqınlar nəticəsində azı üç nəfər həlak olub, bir nəfər isə itkin düşüb. AZƏRTAC “Radio New Zealand” radiostansiyasına istinadla xəbər verir ki, hakimiyyət orqanları ölkənin ən böyük şəhərində daşqınlar səbəbindən meqapolisdə və ətraf rayonlarda yeddigünlük fövqəladə vəziyyət rejimi elan edib.