Hindistanda iki hərbi təyyarə qəzaya uğrayıb
28.01.2023 [16:34]
Hindistan Hərbi Hava Qüvvələrinin iki təyyarəsi Madhya-Pradeş ştatında qəzaya uğrayıb. AZƏRTAC NDTV telekanalına istinadla xəbər verir ki, Su-30 və “Mirage 2000” təyyarələri təlim uçuşları zamanı yerə çırpılıb. Hər iki təyyarə Qvaliore bazasından havaya qalxmışdı. Ekipajın taleyi barədə məlumat verilmir.