Pakistanda avtobus qəzası nəticəsində azı 41 nəfər ölüb
29.01.2023 [12:44]
Xəbərin mətni
Pakistanın Bəlucistan əyalətində avtobusun qəzaya uğraması nəticəsində azı 41 nəfər həlak olub.
AZƏRTAC TASS agentliyinə istinadla xəbər verir ki, Kvettadan Kəraçiyə hərəkət edən və içərisində 48 sərnişinin olduğu avtobus magistral yolda körpünün dayağına çırpılaraq xəndəyə düşüb və yanıb.