Azərbaycan Dövlət İnformasiya Agentliyi

DÜNYA

Madaqaskarda qasırğa səbəbindən 24 min ev su altında qalıb

29.01.2023 [12:57]

Xəbərin mətni

Madaqaskarda dəhşətli “Cheneso” qasırğası zamanı həyatını itirənlərin sayı 24-ə çatıb.
AZƏRTAC “TRT Haber”ə istinadla bildirir ki, qasırğa səbəbindən 23 min 600 ev su altında qalıb, 35 min 677 nəfər isə ərazidən didərgin düşüb.
Madaqaskar Milli Risk və Fəlakət İdarəetmə Ofisindən verilən açıqlamada hələ yanvarın 19-da şimal-şərq sahillərindən ölkəyə daxil olan “Cheneso” tropik qasırğasının 22 bölgədən 17-də təsirli olduğu bildirilib.