Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pakistanda terror aktı nəticəsində 17 nəfər həlak olub

30.01.2023 [15:37]

Pakistanın Əfqanıstanla sərhədi yaxınlığında yerləşən Peşavar şəhərində məscid partladılıb. AZƏRTAC xəbər verir ki, Pakistan polisinin məlumatına görə, partlayış günorta namazı vaxtı terrorçu-kamikadze tərəfindən törədilib. Şəhərin səhiyyə xidməti hadisə nəticəsində azı 17 nəfərin öldüyünü, 150 nəfərədək insanın yaralandığını bildirib. Həkimlərin sözlərinə görə, xəstəxanaya çatdırılan yaralılardan 10-nun vəziyyəti ağırdır. Hadisə ilə əlaqədar Peşavarın bütün xəstəxanalarında fövqəladə vəziyyət rejimi elan edilib.