Donald Tramp prezident seçkiləri kampaniyasına başlayıb
30.01.2023 [18:22]
ABŞ-ın sabiq dövlət başçısı Donald Tramp prezident seçkiləri kampaniyasına başlayıb. AZƏRTAC bu barədə Euronews telekanalına istinadla xəbər verir. Sabiq dövlət başçısı Cənubi Karolina ştatının Kolumbiya şəhərində tərəfdarları qarşısında çıxışı zamanı 2024-cü ildə keçiriləcək seçkilərin ölkənin xilası üçün yeganə şans olduğunu və bunu edə biləcək liderə ehtiyac duyulduğunu deyib.